Haqqımızda
PandaBio – Yazın ilk günündən xidmətinizə başlayan və dünya iqtisadiyyatında yenilik edən bir proyektdir.
Gündəlik həyatda müxtəlif növ əşyalardan istifadə edirik. Qısa zamanda onları yenisi ilə əvəzləyirik. İstifadə ömrünü tam bitirməmiş, onları daha üstün, fərqli formada, fərqli rəngdə və ya sadəcə yenisi ilə əvəz edirik. Bunun səbəbi seçimin çox və müxtəlif olması və münasib qiymətlərdir. Bu səbəblər məhz texnologiyanın inkşafı, münasib istehsal qiymətləri, təkmilləşmiş və sərfəli resurs yığımı qiymətlərin ucuzlaşmasına gətirib çıxarır və hər bir əşyanı rahatlıqla almaq olur.
Bu gedişatnan insanların artıq əşyaları çoxalır və milyonlarla hələ istifadəyə yararlı əşyalar tullanılır. Bunların hər birinə pul, zəhmət və vaxt sərf olunub və əlavə olaraq bunların istehsalına təbii resurslardan istifadə olunub hansı ki məhduddur.
Fərqli olaraq, bu əşyalar tullandığı halda təkrar emal edilməsi prosesin çətinliyindən əlavə bir problemə çevrilir. Təkrar emal edilməməsi sadəcə tullantı kimi qalması qlobal problemə çevrilir.
PandaBio sizə ən optimal çıxış yolunu təklif edir. Lazım olmayan, istifadə etmədiyiniz əşyanı sizə lazım olan və istifadə edəcəyiniz əşya ilə dəyişmək. İstifadə etmədiyniz hər hansı bir əşyanı PandaBio anbarlarına təhvil verirsiniz. İstəyinizə uyğun olaraq Sizin ünvandan gəlib götürülür və virtual olaraq sizin əşyanın dəyəri müqabilində sizin hesaba Virtual Manat köçürülür. Bu Virtual Manat vasitəsi ilə siz PandaBio kataloqundan sizə lazım olan və istədiyniz əşyanı seçib sifariş edirsiniz və seçdiyiniz əşya həmin gün Eko-Çatdırılma vasitəsi ilə sizə çatdırlır. Bütün daşınma və qablaşma prosesleri ilk növbədə təbiəti düşünərək və 100% ekoloji təmiz həyata keçirilir. Eko-Çatdırılma PandaBionun xüsusi daşınma növüdür ki ancaq tam elektrikli nəqliyyat vasitələrindən istifadə olunur.
Əgər təhvil verdiyiniz əşyanın təmirə ehtiyacı varsa dərhal təmir olunur, yox əgər yararsızdırsa, biz onu təkrar emal prosesinə yönəldirik və ya ehtiyat hissəsi kimi kataloqa yerləşdiririk. Hər bir halda onun dəyəri müqabilində sizə Virtual Manat köçürülür. Pulunuza qənaət edərək planeti qoruyaq və əşyalara yeni sahibini tapmaqda köməklik edək.
PandaBio ilə artıq lazımsız əşya anlayışı yoxdur.
