Tez-tez verilən suallar


Virtual Manat (qısa olaraq VM) Pandabio.az saytında əşyaları əldə etmək üçün yaradılan virtual ölçü vahididir. VM ancaq Pandabio.az saytında istifadə oluna bilər. Veb sayta yerləşdirilən hər hansı bir əşyanı əldə etmək üçün siz öz balansınızda olan VM-ləri istifadə edə bilərsiniz. Hal hazırda 1 Virtual Manatın dəyəri 1 Azərbaycan Manatına bərabərdir. Virtual Manat valyuta növü deyil və sadəcə olaraq əşyaların dəyərini tarazlamaq və dəyişdirmək üçün yaradılan ölçü vahididir.
Virtual Manatı sizə lazım olmayan və ya istifadə etmədiyiniz əşyaları Pandabio.az saytına təhvil verərək əldə edə bilərsiniz. Əlavə olaraq Pandabio.az saytında manat müqabilində saytdan VM ala bilərsiniz.
İstifadə etmədiyiniz və sizə artıq lazım olmayan əşyanı təhvil vermək üçün onu "Hesabım" bölməsində "Əşyanı Göndər" səhifəsinə daxil olaraq təhvil verə bilərsiniz. Əşya haqqında detallı məlumat yazıb mümkün qədər aydın şəkillərin çəkib və real olaraq dəyərini qeyd etməlisiniz. Daha sonra sizin təklif təsdiq olunacaq, ləğv olunacaq və ya verdiyiniz dəyər haqqında sizə sorğu göndəriləcəkdir. Təhvil alma zamanı daşınma beş Azərbaycan Manatı dəyərindədir. Razılaşma alındıqdan sonra sizin əşyanı Eko-Çatdırılma vasitəsi ilə sizin ünvandan götürülüb Pandabio.az anbarına yerləşdiriləcək və sizin VM-lər dərhal balansınıza köçürələcəkdir.
Eko-Çatdırılma Pandabio.az proyektinin bütün daşınma prosesləridir. Sizdən təhvil alınan əşyalar və sizə çatdırılan bütün əşyalar Eko-Çatdırılma vasitəsi ilə baş verir. Eko-Çatdırılma 100% ekoloji və təbiəti düşünərək baş verir. Daşınma ancaq elektrikli nəqliyyat vasitələri ilə həyata keçirilir.
Pandabio.az kataloqundan seçdiyiniz hər hansı bir əşyanı əldə etmək üçün onu ilk öncə səbətə əlavə etməlisiniz. Daha sonra ödəmə səhifəsinə keçid alaraq ödənişi tamamlaya bilərsiniz. Qeyd etmək lazımdır ki, seçdiyiniz əşyanı əldə etmək üçün sizin onun dəyərində VM-niz olmalıdır. Əşyanın daşınması Eko-Çatdırılma ilə baş verir və təhvil vermə qiyməti sabit olaraq tarazlanmışdır və beş Azərbaycan Manatı təşkil edir.
Pandabio.az saytında əşyaları həmin gün çatdırılması mövcuddur. Lakin günün ikinci yarısınadək verilən sifarişlər həmin gün çatdırılır. Əks halda növbəti gün səhər çatdırılma baş verir.
Əşyanın dəyərləndirilməsi hal hazırda orta statistik satış qiymətinə uyğun olaraq və vəziyyətini nəzərə alaraq hesablanır. Prosesin daha tez baş verməsi üçün əşyanızı təhvil vermək üçün yerləşdirəndə onun vəziyyəti nəzərə alıb real qiymətləndirməniz xahiş olunur.
Hal hazırda Pandabio.az saytında məhsulları təhvil vermək üçün heç bir say məhdudiyyəti yoxdur. Eyni anda çox əşya təhvil verildikdə, onların hissə-hissə təhvil alınması mümkündür.
Hal hazırda Eko-Çatdırılmanı nəzərə alaraq standart olaraq bir sifarişə beş məhsul və ya üç kiloqram həcmində əşyalar sifariş edə bilərsiniz.
Bütün qaydaları qəbul edib riayət etsəniz və balansınızda əşyanı əldə etmək üçün kifayət qədər vəsait olarsa sifarişiniz ləğv olunmayacaq. Əgər bu hal baş verərsə zəhmət olmasa Müştəri xidmətlərinə zəng edin və ya e-poçt vasitəsi ilə əlaqə saxlayın.
Əşyanı sifariş etdikdən dərhal sonra imtina edə bilərsiniz. Lakin nəzərə almalısınız ki, əgər məhsul anbarı tərk edibsə, siz sifarişi yalnız çatdırılma tamamlandıqdan sonra və çatdırılma xərcini ödədikdən sonra ləğv edə bilərsiniz. Hər iki halda sizin ödədiyiniz bütün VM-lər balansınıza geri qaytarılacaq.
Sifariş etdiyiniz əşya daşınma və ya saxlanma zamanı zədələnərsə və ya sizə təsvir olunan kimi təqdim olunmazsa, bütün məsuliyyəti biz daşıyırıq və ödənişsiz geri qaytarırıq və ya yenisi ilə əvəz edirik.
Təhvil vermək istədiyiniz əşya təsdiqləndikdən sonra onun təhvilini rahatlıqla ləğv edə bilərsiniz. Təhvil vermək istədiyiniz əşya təsdiqlənərsə və təhvil alma zamanı ləğv etmək istəsəniz, üç Azərbaycan Manatı dəyərində Eko-Çatdırılmanın əbəs yerə istifadəsinə görə cərimə ödəməli olacaqsınız. Əgər əşyanız sizdən təhvil alınıb anbara yerləşdirilərsə, Virtual Manatlar hesabınıza köçürülərsə və siz öz əşyanızı geri götürmək istəsəniz, onu ancaq sifariş edib əldə edə bilərsiniz.
Azərbaycan Respublikası qanunvericiliyində istifadəsi, alışı və satışı qadağan olunmuş bütün məhsulları Pandabio.az saytına təhvil vermək qadağandır və qəbul olunmayacaqdır. Onların dəyişdirilməsi, alışı və satışı bu saytda mümkün deyil.
Hər hansı bir problem yaranarsa və ya aydın olmayan məqam yaranarsa, +994703338008 telefon nömrəsi və ya support@pandabio.az elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. Əlavə olaraq sağ aşağıda yerləşdirilən canlı dəstək vasitəsi ilə bizimlə əlaqə qura bilərsiniz.