PandaBio ilə daha lazımsız əşya yoxdur.

Barter edərək planeti qoruya biləcəyiniz haqda bilirdinizmi?

Pandabio.az təkcə Azərbaycanda deyil, bütün dünyada yenilik sayıla biləcək bir layihədir. Sadə barter xidməti anlayışını planetin qorunması konseptinə qədər daşıdığımız bu platformada siz lazımsız əşyalarınızı rahatlıqla dəyişdirə, yararsız sayılan məhsullarınızı isə təkrar emala yönləndirə bilərsiniz.

Gündəlik həyatda müxtəlif əşyalardan istifadə edir və qısa zamanda onları yenisi ilə əvəz edirik. Onların istifadə ömürləri tam bitməsə də daha üstün, fərqli formada və ya rəngdə olan versiyaları ilə əvəz edirik. Hər gün yenilənən seçim imkanları, münasib qiymətlər, rəqabət mühiti və bu kimi digər səbəblər də bu vərdişimizin daha da möhkəmlənməsinə səbəb olur. Bunlar isə texnoloji inkişaf sayəsində istehsal qiymətlərinin münasib olması, resurs yığımının təkmilləşməsi sayəsində daha uyğun üsullardan istifadə edilməsi kimi faktorlar sayəsində mümkün olur.

Bütün bunların nəticəsində isə köhnə əşyalar ya ucuz qiymətə satılır, ya da yararsız olaraq qalır, zamanla isə tullantıya çevrilirlər. Əşyaların tullantıya çevrilməsi isə onların hazırlanmasına sərf edilə vaxt, maddiyyat və zəhmət itkisi ilə yanaşı, həm də məhdud təbii resursların israfı deməkdir.  Tullantıya çevrilmiş məhsulların təkrar emala cəlb edilməsi də proses çətinliyi ucbatından problemə çevrilir.  Bu isə öz növbəsində qlobal bir problem deməkdir.

Bu tip əşyaların satışını həyata keçirən platformalar bir çıxış yolu kimi görünsə də, əslində satılan müddətdə əşyanın yer tutması, razılaşma prosesi, fırıldaqçılıq ehtimalı, əşyanın satışda olduğu müddətdə qorunub saxlaması kimi əlavə qayğılar yaradır.

Bütün bu qeyd olunan məqamları nəzərə alan PandaBio.az platforması sizə ən optimal çıxış yolu təqdim edir.  Bizim platformada siz lazımsız əşyalarınızı rahatlıqla dəyişdirə, yararsız sayılan məhsullarınızı isə təkrar emala yönləndirə bilərsiniz.

Bu necə baş verir?

  • Pandabio.az vebsaytında hesab açırsınız;
  • İstifadə etmədiyiniz əşyaları sayta yükləyirsiniz və təsdiq edildikdən sonra Pandabio anbarına təhvil verirsiniz. İstəyinizdən asılı olaraq əşyalar sizin ünvanınızdan da götürülə bilər;
  • Əşyanın dəyərində hesabınıza virtual manat köçürülür;
  • Bu məbləğdə pandabio.az saytında yerləşdirilən digər əşyalardan seçirsiniz;
  • Əşya sizə həmin gün sizə çatdırılır.

Təhvil verdiyiniz əşyanın təmirə ehtiyacı varsa dərhal təmir olunur, yararsızdısa – təkrar emal prosesinə yönəldirir və ya ehtiyat hissəsi kimi kataloqa yerləşdiririk. İstənilən halda onun dəyərində hesabınıza virtual manat köçürülür.

Bütün daşınma və qablaşma prosesleri 100% ekoloji təmiz üsullarla –

 ilk növbədə təbiəti düşünərək həyata keçirilir.

Bizimlə pulunuza qənaət edin, əşyalarınızın  ömrünü uzadın və ən əsası planeti qoruyun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir