Nəyi təkrar emal etmək olar?

Bəzi materiallar var ki, onların təkrar email mümkün deyil. Daha çox təkrar edilən materiallara kağız, enerji batareyaları, plastik və şüşədir.

  • Kağız

Bir çox tədqiqat göstərir ki, ən çox tullantı məhz kağız materiallardan olur. Bu mövzuda hər birimiz diqqətli ola bilərik. Kağız qutular, qəzetlər, jurnallar və s. kimi şeyləri ayrı yığıb, kağızın təkrar email ilə məşğul olan sizə ən yaxın müəssisəyə təhvil verə bilərsiniz.

  • Plastik

Hal-hazırda ən actual problemlərdən biri də plasti tullantıların hər il daha da artmağa davam etməsidir. Bu isə digər canlıların, xüsusilə ilə suda yaşayan canlıların həyatı üçün böyük təhlükələr yaradır və çirklənməni ən təhlükəli səviyyəyə qədər artırır.

  • Şüşə

Şüşə tullantıları da illər keçdikcə daha çox təkrar emala cəlb olunan materiallardan biridir. Mağazadan şüşə qablarda qida və ya içki aldıqda həmin qabların tullantıya deyil, təkrar emala yönləndirilməsində hər bir insan özünü məsuliyyətli hiss etməlidir.

  • Metallar

Hazır qidalar, qazlı içkilər, dəmir bankalar – bunların hər biri təkrar emal edilə bilər. Təkrar emal üçün ayrılmış xüsusi zibil qutularına atmamışdan əvvəl qida qalıqlarının içində qalmamasına diqqət edin.

  • Elektronika

Birləşmiş Millətlər Təşkilatının 2016-cı ilki hesabatına əsasən bütün dünyada elektronika tullantılarının cəmi 20%-I təkrar emala yönləndirilir. Bu elektronika məhsullarına kompütürlər, mobil telefonlar və TV-lər daha çox aiddir. Lakin özünüz təkrar emala cəhd etməyin – elektronika məhsulları zəhərli hissəciklərdən ibarət ola bilər, buna görə də onların düzgün formada təkrar email planet üçün daha faydalıdır.

Pandabio Azərbaycan da sizə bu mövzuda kömək edir. Biz sizin lazımsız əşyalarınızı barter edə biləcəyiniz bir platforma yaratmaqla yanaşı, həm də təkrar emal kimi bir üstünlük təqdim edirik. Belə ki, sizin əşyalarınızda hər hansı bir problem olduqda – təmir edilir, əgər təmirə yararsızdırsa – təkrar emala yönləndirilir. Bununla da biz birlikdə planeti qorumağa başlayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir