Hətta təkrar emalda ustalığa çatmışlar da inkişaf üçün bir mərhələ tapa bilərlər. Biz də sizə təkrar emal üçün bir neçə tövsiyə vermək qərarına gəldik.
- Təkrar emal etdiyiniz materialın təmiz olmasından əmin olun. Bir kirli material bütün prosesi korlaya bilər. Nəticədə bütün materiallar tullantıya çevrilər.
- Karton materialları düzləşdirməyə çalışın. Bu təkrar emal qutusunda əlavə yer tutmasının qarşısını alacaq və daha çox materialın təkrar emala yönləndirilməsi üçün fürsət yaradacaq.
- Xüsusi təkrar emal qutularını iş yerinizdə, evdə və mütəmadi olduğunuz hər yerdə öz təşəbbüsünüzlə də olsa yaratmağa çalışın.
- Alış-veriş edərkən aldığınız məhsulların təkrar emal materiallarından hazırlanan məhsullara üstünlük verin.
- Yaxınlığınızda olan təkrar emal müəssisələrini müəyyən edin və hansı növ materialları qəbul etdiklərini dəqiqliklə öyrənin.
- Məktəblər və ya incəsənət adamları təkrar emal materiallarından müxtəlif işlər görə bilər. Onlarla bu barədə danışın və maraqlandıqları halda əməkdaşlıq edin.
- Hər yerə xəbər salın! Təkrar emalın təşəbbüskarı məhz siz olun!
Pandabio Azərbaycan da sizə bu mövzuda kömək edir. Biz sizin lazımsız əşyalarınızı barter edə biləcəyiniz bir platforma yaratmaqla yanaşı, həm də təkrar emal kimi bir üstünlük təqdim edirik. Belə ki, sizin əşyalarınızda hər hansı bir problem olduqda – təmir edilir, əgər təmirə yararsızdırsa – təkrar emala yönləndirilir. Bununla da biz birlikdə planeti qorumağa başlayırıq!

